Rusiyada 1 İyun uşaqlar günü ilə bağlı fırıldaqçılıq

Rusiyada 1 İyun uşaqlar günü ilə bağlı fırıldaqçılıq backend

LDPR-dən Uşaqların Müdafiəsi Günü üçün uşağa 5000 rubl ödəməyə dair qanun yoxdur.

Qaziler.az xəbər verir ki, bu haqda Rusiya Dövlət Dumasının deputatı Sergey Leonov “Gazeta.Ru” ilə söhbətində bildirib.

O, insanları sosial şəbəkələrdə fırıldaqçılar tərəfindən yayılan məlumatlara inanmamağa və ödənişlərin qəbulu üçün ərizələrin doldurulması ilə bağlı təlimatların yer aldığı şübhəli linklərə daxil olmamağa çağırıb.

"Tamamilə mümkündür ki, vaxtilə biz (LDPR fraksiyası) Dövlət Dumasına oxşar qanun layihəsi təqdim etmişik, amma reallıqda o, qəbul olunmayıb. 5000 rubl məbləğində ödənişin edilməsi barədə qanun yoxdur. Qəribədir ki, fırıldaqçılar məhz bu sxemi seçiblər”, - Leonov bildirib.

Deputat insanları şübhəli linklərə daxil olmamağa, şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağa çağırıb.

"İnternetdəki keçidlərlə diqqətli olun. Heç bir halda şəxsi məlumatlarınızı göndərməyin. Biz sosial şəbəkələrdə belə fırıldaqçıların qarşısını almaq üçün müvafiq tədbirlər görəcəyik", - o əlavə edib.

QAZİLER.AZ

Diaspora