Kremlin saytı gerbin dizaynını DƏYİŞDİ

Kremlin saytı gerbin dizaynını DƏYİŞDİ backend

Rusiya prezident administrasiyası Kremlin rəsmi saytında və sosial şəbəkələrdə dövlət gerbinin dizaynını dəyişdirərək, orbdakı ənənəvi xaçları və qoşa başlı qartalın taclarını geri qaytarıb.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Mayın 19-da opera müğənnisi Vladislav Moskalkov Kremlin rəqəmsal resurslarında gerbdə xaçların olmamasına diqqət çəkib. Opera müğınnisini “simvolları təhrif etməkdə” ittiham edən “Sorok Sorokov” hərəkatı və hökumətyönlü bloqçular dəstəkləyib.

Mayın 22-də axşam saatlarında Kremlin saytında və sosial şəbəkələrdə gerb yenilənib. Belə ki, qartalın taclarındakı və sol ayağındakı derjavanın üzərində olan xaçlar aydın görünməyə başlayıb.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora