"Işdə məhəbbət macərası"nın aktrisası və "Yeralaş"ın rejissoru Nadejda Repina dünyasını dəyişib.
Bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Sənətçinin 78 yaşı var idi. Məşhur "Yeralaş" almanaxında işləməkdən əlavə, Repina məşhur "Kriminal Rusiya" televiziya layihəsinin bir epizodunu çəkib, həm də aktrisa kimi Vasili Şukşinin "Qəribə insanlar" filmində iştirak edib.
"Dostumuz və həmkarımız 78 yaşında dünyasını dəyişib. Nadejda Alekseyevnanın ailəsinə və yaxınlarına başsağlığı veririk", - Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən bildirilib.
QAZİLER.AZ