Rusiyanın əməkdar artisti balıq tutarkən faciəli şəkildə həlak oldu

Rusiyanın əməkdar artisti balıq tutarkən faciəli şəkildə həlak oldu backend

Məşhur teatr rəssamı Vladimir Nefedov balıq tutarkən faciəvi şəkildə dünyasını dəyişib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Çaykovski adına Udmurt Respublikası Dövlət Opera və Balet Teatrının rəsmi qrupu “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiyanın əməkdar artistinin ölümünə elektrik cərəyanı vurması səbəb olub. Teatrın mətbuat xidməti Nefedovun vəfatı ilə əlaqədar başsağlığı verib.

"O, inanılmaz dərəcədə emosional və səmimi idi. Həmkarları və dostları ilə ünsiyyətdə və əlbəttə ki, sevimli işində belə səmimi, enerjili idi" deyə nəşrdə yazdılar.

Məlumdur ki, sənətçi ilə vida mərasimi mayın 22-də  doğulduğu Udmurtiya Opera və Balet Teatrında baş tutacaq.

QAZİLER.AZ

Diaspora