Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri komandanlığının Kursk vilayətinin Quevo kəndinə göndərdiyi demək olar ki, bütün qüvvələri məhv edib.
Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-leytenant Apti Alaudinova istinadən xəbər verir.
Onun sözlərinə görə, düşmən bu istiqamətdə xeyli resurs yerləşdirib.
"Həqiqətən deyə bilərik ki, düşmən Quevo və Qluşkovski bölgəsini ələ keçirmək üçün kifayət qədər ciddi qüvvələr göndərib. Gördüyünüz kimi, o, bacarmadı, çox ağır itkilər verdi. Qluşkovski rayonunu tutmaq üçün yerləşdirilmiş demək olar ki, bütün ehtiyatlar məhv edilib", - Alaudinov qeyd edib.
QAZİLER.AZ