Zaxarova BMT-ni Britaniyanın Əfqanıstandakı "vəhşiliklər"i ilə bağlı məlumatları öyrənməyə çağırıb

Zaxarova BMT-ni Britaniyanın Əfqanıstandakı "vəhşiliklər"i ilə bağlı məlumatları öyrənməyə çağırıb backend

Mayın 21-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BMT-ni Böyük Britaniyanın Əfqanıstan və İraqdakı hərbi cinayətləri ilə bağlı məlumatları beynəlxalq səviyyədə nəzərdən keçirməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə izvestiya.ru məlumat verib.

Bundan əvvəl BBC xəbər vermişdi ki, Britaniya Xüsusi Hava Xidmətinin (SAS) Əfqanıstan və İraqdakı əsgərləri uşaqlar da daxil olmaqla, silahsız insanları öldürüblər.

Diplomat öz Telegram kanalında yazıb: "BBC jurnalistlərinin xəbərləri beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin araşdırma obyekti olmalıdır. Ən azı, BMT-nin məhkəməsiz edamlar üzrə xüsusi məruzəçisi və BMT-nin İnsan Hüquqları Şurası bu işlə maraqlanmalıdır".

Zaxarova diqqəti ona yönəldib ki, Britaniya tərəfi Rusiyanı nədəsə ittiham etməyi xoşlayır. Eyni zamanda, dərc edilən məlumatlar Londonun məsuliyyətdən yayınmaq üçün öz hərbi cinayətlərinin izlərini ört-basdır etməyə çalışdığını göstərir.

Nümunə olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hərbi qulluqçu olmayan şəxslərin, o cümlədən uşaqların məhkəməsiz edam edilməsinin sənədləşdirilmiş hallarını göstərib. Onun sözlərinə görə, bu cür hərəkətlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

QAZİLER.AZ

Diaspora