Rusiya Sumı vilayətində "İskəndəri"lə 70-ə qədər ukraynalı əsgəri öldürüb - VİDEO

Rusiya Sumı vilayətində "İskəndəri"lə 70-ə qədər ukraynalı əsgəri öldürüb - VİDEO backend

"Rusiya hərbçiləri “İsgəndər” operativ-taktiki raket kompleksindən endirdiyi zərbə ilə Sumı vilayətindəki təlim düşərgəsində Ukrayna Silahlı Qüvvələrinin 70-ə qədər silahlısını məhv edib".

Qaziler.az bildirir ki, bu barədə mayın 20-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri kəşfiyyat fəaliyyəti nəticəsində Sumı vilayətinin Şostka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 1-ci xüsusi təyinatlı briqadası üçün təlim düşərgəsi aşkarlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hədəfə raket zərbəsi İsgəndər OTRK ekipajları tərəfindən həyata keçirilib.

"İtkilər 70 ukraynalı hərbçi, o cümlədən 20 təlimatçı olub. Həmçinin silah-sursat anbarı və 10-a qədər maşın məhv edilib", - idarədən bildiriblər.

QAZİLER.AZ

 

Diaspora