Keçmiş arvadı ilə dalaşan keşiş az qala qızını öldürəcəkdi

Keçmiş arvadı ilə dalaşan keşiş az qala qızını öldürəcəkdi backend

Moskva vilayətində məbədin keşişi qızını keçmiş arvadından oğurlamaq istəyərkən az qala boğub öldürəcəkmiş.

Qaziler.az xəbər verir ki, bu haqda SHOT “Telegram” kanalı məlumat yayıb.

Kanalın sözlərinə görə, kişi keçmiş arvadına bibər qazı püskürdüb və onu vurmaqla hədələyib.

Keşişin keçmiş həyat yoldaşı Lalə nəşrə bildirib ki, hər şey keçən həftə Odintsovo rayonunda baş verib. Kişi qadını və 14 yaşlı qızını evlərinin girişində izləyirmiş. Onun sözlərinə görə, o, maşından çıxaraq qadının üzərinə tullanıb, üzünə kanistrlə vuraraq qızını maşının içində dartaraq çıxarmağa başlayıb. Qızı müqavimət göstərməyə başlayanda atası onu boğmağa və anasını güllələməklə hədələməyə başlayıb, deyə qadın  əlavə edib.

QAZİLER.AZ

Diaspora