Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı 2,3 mindən çox insan zərərçəkmiş kimi tanınıb.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məlumat yayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda iş məhkəməyə veriləcək.
"Crocus City Hall"da terror aktı tacik miqrantlar tərəfindən törədilib. Biz bu cinayətə operativ reaksiya verdik və bugünədək 19 nəfər həbs edilib, 2307 nəfər zərər çəkib. Cinayət işi 500 cilddən ibarətdir”, - Bastrıkin bildirib.
Qeyd edək ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki konsert zalında terror aktı baş verib. Terrorçular binaya daxil olaraq içəridəki insanlara atəş açıblar. Daha sonra cinayəti törədənlər auditoriyanı yandıraraq qaçıblar. Terror aktı nəticəsində 146 nəfər həlak olub.
Firuzə Alimova / QAZİLER.AZ