Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub backend

Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb.

Zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhədindən təxminən 3 kilometr məsafədə yerləşib. Seysmik hadisənin maqnitudası 3.5 təşkil edib.

Diaspora