Rusiya Donetskdə daha bir kəndi ələ keçirdi

Rusiya Donetskdə daha bir kəndi ələ keçirdi backend

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətindəki Romanovka kəndi üzərində nəzarəti ələ keçirib.

Rusiya qoşunları Drujkovka istiqamətində Romanovka kəndi üzərində nəzarəti ələ keçirib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki,bu barədə rusiyalı hərbi müxbir Yuri Kotenok öz Telegram kanalında bildirib. Onun sözlərinə görə, qəsəbə "Cənub" hərbi qrupunun bölmələri tərəfindən tutulub.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

""Cənub" Qüvvələr Qrupunun bölmələri Romanovkada nəzarəti ələ keçirib, kənddə möhkəmlənməkdədir və daha da şimala doğru hücuma keçir. Staraya Nikolaevkada döyüşlər hələ də davam edir. Hücum qruplarımız düşməni kənddən keçərək İqnatyevka istiqamətində sıxışdırıblar", - hərbi müxbir qeyd edib.

Kotenok əlavə edib ki, Zarya rayonunda da  döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələri kəndin qərb hissəsinə doğru irəliləyir.

QAZİLER.AZ

Diaspora