Türkiyə xarici işlər naziri Hakan Fidan Serbiyaya səfəri çərçivəsində Belqradda Serbiyanın xarici işlər naziri Marko Curiç ilə görüşüb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki,diplomatik fəaliyyətini davam etdirən Türkiyənin xarici işlər naziri Fidan Serbiyadakı təmasları çərçivəsində həmkarı Marko Curiç ilə görüşüb.
Belqradda keçirilən toplantıda Türkiyə-Serbiya əlaqələri, iqtisadi və diplomatik əməkdaşlıq gündəmdədir.
Hakan Fidan və Serbiya xarici işlər nazirinin gündəmində Balkanlarda sülh və sabitliyin qorunması və Türkiyənin məsələyə yanaşması var.
Bosniya-Hersoqovinadakı hadisələr də müzakirə mövzuları arasındadır.
Verilən məlumata görə, Hakan Fidanın Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilməsi planlaşdırılır.
QAZİLER.AZ

