Rusiya sərhədləri yaxınlığında təlimləri başlayır

Rusiya sərhədləri yaxınlığında təlimləri başlayır backend

Polşa Silahlı Qüvvələri Kalininqrad vilayəti yaxınlığında "Cəsur qaban" təlimlərinə başlayıb

Polşa Silahlı Qüvvələri bir sıra NATO ölkələrinin hərbçiləri ilə birlikdə “Dzielny Dzik 25” ("Cəsur qaban – 25") taktiki təlimləri keçirir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Polşa ordusunun Baş Qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.

Manevrlər Rusiyanın Kalininqrad vilayəti ilə sərhədindən 70 km aralıda yerləşən Ojiş poliqonunda keçiriləcək.

Hava və ərazidən asılı olmayaraq, həm gecə, həm də gündüz döyüş şəraitində NATO bölmələrinin operativ qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi "Cəsur qaban" təliminin əsas məqsədidir. Bu, Litva, ABŞ, Çexiya, Rumıniya və İsveç əsgərlərinin iştirak etdiyi 16-cı Mexanikləşdirilmiş Diviziya tərəfindən bu il keçirilən ən böyük tədbirdir", - Polşa Baş Qərargahı yazır.

Manevrlərə üç min əsgər və 600 texnika, o cümlədən K2 tankları və K9 haubitsaları, F-16, Gripen və Eurofighter qırıcıları, həmçinin FlyEye pilotsuz təyyarələri cəlb olunub.

Qeyd olunur ki, may ayının sonuna qədər davam edəcək təlimlər təkcə Ojiş poliqonunda baş tutmayacaq.

QAZİLER.AZ

Diaspora