Mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olacaq.
Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, söhbət Moskva vaxtı ilə saat 17:00-da baş tutacaq. Rusiya prezidentinin mətbuat katibi dəqiqləşdirib ki, söhbət İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticələri nəzərə alınmaqla aparılacaq. O, həmçinin qeyd edib ki, Putinlə Trampın görüşü onların özlərinin təyin etdikləri tarixlərdən asılı olacaq.
Kremlin sözçüsü vurğulayıb ki, Moskva Vaşinqtonun Ukrayna münaqişəsində vasitəçilik səylərini yüksək qiymətləndirir və Amerika tərəfinə minnətdardır. Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatın məqsədlərinə diplomatik yollarla nail olmağa üstünlük verərdi.
QAZİLER.AZ