Rusiya Silahlı Qüvvələri (RF Silahlı Qüvvələri) Ukraynanın Sumı vilayətinin Maryino və Donetskin Novoolenovka qəsəbələrinə nəzarəti ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə mayın 19-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Şimal və Mərkəz hərbi qruplarının bölmələrinin əməliyyatları nəticəsində yaşayış məntəqələrinin Rusiya ordusu tərəfindən nəzarətə götürüldüyü vurğulanır.
“Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadası və Xarkov vilayətinin Boloqovka və Volçansk yaşayış məntəqələri ərazilərində ərazi müdafiə briqadasının birləşmələri məğlub edilib”, - idarənin məlumatında deyilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın itkiləri 140 hərbçi, bir tank, iki zirehli döyüş maşını, doqquz avtomobil, beş səhra artilleriya qurğusu və bir elektron döyüş stansiyası olub.
QAZİLER.AZ