Rusiyada uşaqlar təhlükəli oyunlara cəlb edilirlər - Mükafat da verilir

Rusiyada uşaqlar təhlükəli oyunlara cəlb edilirlər - Mükafat da verilir backend

Rusiyada yeniyetmələr hər ötən gün “Bir günə yoxa çıx” oyununa cəlb olunurlar.

Qaziler.az xəbər verir ki, bu barədə “İzvestiya” xəbər verir.

Kuratorlar uşaqlara evdən çıxmaq, telefonlarını söndürmək və 24 saat ərzində heç bir əlaqə yaratmamaq tapşırığı verir. Daha sonra sosial şəbəkədə qalib olduqları barədə mesaj yazırlar. Bu hərəkətlərinə görə onlar guya video oyunlar və ya qadcetlər üçün aksesuarlar qazanırlar. Roskomnadzor bildirib ki, agentliyə bu oyunla bağlı heç bir şikayət daxil olmayıb.

“Agentlik bu xəbərlə bağlı monitorinq aparıb, mənfi xarakterli çağırışlar qeydə alınmayıb. Bu mövzuda yayımlanan nəşrlərin əksəriyyəti məlumat və ya maarifləndirici xarakter daşıyır, uşaqları və valideynləri bu cür oyunlarda iştirak etməkdən çəkindirməyə çalışırlar”, - deyə agentlik açıqlamasında qeyd edib.

QAZİLER.AZ

Diaspora