Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda danışıqları başa çatdırıblar. Onlar sülhün əldə olunması baxımından ciddi irəliləyiş əldə etməyiblər.
Qaziler.az bildirir ki, bu barədə "Axios" xəbər verir.
Adı açıqlanmayan Ukrayna diplomatik mənbəsi nəşrə bildirib ki, ciddi irəliləyiş yoxdur.
O, həmçinin əlavə edib ki, görüşün özü bir saatdan çox davam edib.
O, qeyd edib ki, Rusiya nümayəndə heyəti atəşkəs müqabilində Ukrayna ordusundan qoşunlarını Ukrayna daxilindəki bir neçə bölgədən çıxarmağı tələb edib.
“Rusiyanın tələbləri reallıqdan kənardır və əvvəllər müzakirə olunanların çərçivəsindən çox kənara çıxır”, - mənbə əlavə edib.
QAZİLER.AZ