Rusiyanın Nijni Novqorod şəhərində naməlum şəxslər yaşayış binalarının pəncərələrini atəşə tutub.
Nijni Novqorodun mərkəzində naməlum şəxslər yaşayış binalarının pəncərələrinə atəş açır.
Qaziler.az bildirir ki, bu barədə Pravda-nn.ru yazıb.
Bu məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsi təsdiqləyib.
Engels və Kovalixinskaya küçələrindəki evlərin sakinləri sınmış pəncərələr və güllə izləri aşkar ediblər. Ehtimal olunur ki, hadisə qonşu evin yeniyetmələri tərəfindən törədilib.
Hazırda polis araşdırma aparır və hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
QAZİLER.AZ