Ərdoğan: Ukraynada silahların susması üçün kritik dönəmdəyik - VİDEO

Ərdoğan: Ukraynada silahların susması üçün kritik dönəmdəyik - VİDEO backend

"Ukraynada silahları susdurmaq və sülh üçün zəmin yaratmaq üçün kritik bir dönüş nöqtəsindəyik. Keçmişdə olduğu kimi, hərtərəfli atəşkəs prioritetimiz olmaqla, həll üçün hər cür səyə öz töhfəmizi veririk".

Qaziler.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib,

Prezident Ərdoğan Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib.

Buradakı çıxışına qitəni yenidən müəyyənləşdirəcək yeni baxışı müzakirə etmək üçün bir araya gəldiklərini ifadə edərək başlayan prezident Ərdoğan, birlik, əməkdaşlıq əsasında və ortaq hərəkət ruhu ilə hərəkət etməyin hər zamankindən daha vacib olduğunu vurğuladı.

Beynəlxalq arenada etimad böhranını aradan qaldırmaq üçün ədalətli və əhatəli qlobal idarəçilik arxitekturasının yaradılması zərurətinə diqqət çəkən Ərdoğan: "Avropa qitəsi olaraq təhlükəsizliyin bölünməzliyi və rifahın daha ədalətli bölüşdürülməsi prinsipləri əsasında qurulacaq bu transformasiyaya ilk növbədə daxildə başlamalıyıq. Enerji, nəqliyyat, müdafiə sənayesi üçün potensial əməkdaşlığımız, müdafiə sənayesi kimi bir çox sahələr var", - deyib.

QAZİLER.AZ

Diaspora