İstanbulda Ukrayna-ABŞ-Türkiyə formatında görüş başa çatıb - YENİLƏNİB

İstanbulda Ukrayna-ABŞ-Türkiyə formatında görüş başa çatıb -  YENİLƏNİB backend

İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatb.

“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-dəki mənbələr məlumat yayıb.

Danışıqların bir saat yarım davam etdiyi bildirilir.

Yerli vaxtla saat 12:30-da 2022-ci ilin yazından bəri Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqların başlanması gözlənilir.

11:54

Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Üçtərəfli görüş İstanbuldakı "Dolmabahçe" sarayında keçirilir.

Məlumata görə, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə Dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Diaspora