Səhiyyə Nazirliyinin rəhbəri Muraşko söz verib ki, bu il dövlət tibb müəssisələrində həkim çatışmazlığının 95 faiz azaldılması planlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat verib.
Muraşkonun qeyd etdiyi kimi, Səhiyyə Nazirliyinin həyata keçirdiyi bütün tədbirlər tibb müəssisələrinin ixtisaslı kadrlarla təmin olunmasına çalışmalıdır.
“Bizim hədəf göstəricilərimiz öz sözünü deyir: həkimlərin sayının əhalinin hər 10 min nəfərinə ən azı 43 nəfərə, orta tibb işçilərinin sayının isə əhalinin hər 10 min nəfərinə 85-ə çatdırılması, tibb universitetlərinə qəbul üzrə hədəf göstəricilərin 30,8 min yerə çatdırılması nəzərdə tutulub”, - Muraşko əlavə edib.
QAZİLER.AZ