İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikitərəfli formatda baş tutacağı gözlənilir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraynaya mənbələrdən məlumat verilib.
Mənbələrin məlumatına görə, danışıqlar zamanı Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyə nümayəndələrinin iştirakına qarşı çıxan Rusiya tərəfi olub.
Eyni zamanda, Türkiyə tərəfinin iştirakı yəqin ki, yalnız salamlama çıxışı ilə məhdudlaşacaq.
Ukrayna ilə Rusiya arasında danışıqlar yerli vaxtla saat 12:30-dan sonra baş tutacaq. Ukrayna nümayəndə heyəti üçün prioritet məsələlər arasında cəbhədə atəşkəsin əldə olunması da var.
QAZİLER.AZ