Moskvada ofisdə qadın özünü partlatmaqla hədələyib

Moskvada ofisdə qadın özünü partlatmaqla hədələyib backend

Moskvada mikromaliyyə şirkətinin ofisində qadın özünü partlatmaqla hədələyib.

Qaziler.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, o, bu addımı fırıldaqçıların göstərişi ilə atıb. Naməlum qadın şirkətin Proletarski prospektində yerləşən ofisinə gəlib.

Hadisə şahidləri bildiriblər ki, o, bədənindəki naqilləri işçilərə göstərib və kassanı onun üçün açmasalar, partlayacağı ilə hədələməyə başlayıb.

Onun əlində fırıldaqçılarla əlaqə saxladığı telefonu olub.

QAZİLER.AZ

Diaspora