Rusiya Quru Qoşunlarına yeni baş komandan təyin edilib

Rusiya Quru Qoşunlarına yeni baş komandan təyin edilib backend

General-polkovnik Andrey Mordviçev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Baş Komandanı təyin edilib.

Qaziler.az bildirir ki, bu barədə mayın 15-də “İzvestiya”ya mənbə bildirib.

Mordviçev 1976-cı ildə Pavlodarda (Qazaxıstan) anadan olub. 1997-ci ildə Novosibirsk Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbini, 2006-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordu Akademiyasını, 2016-cı ildə isə Baş Qərargahın Hərbi Akademiyasını bitirib.

2022-ci ildə Mordviçev Cənub Hərbi Dairəsinin komandirinin müavini təyin edilib. Onun rəhbərliyi altında rus qoşunları Mariupolu ələ keçirib. 2023-cü ildə Mərkəzi Hərbi Dairə və Mərkəz qrupunun komandiri olub. Donetsk istiqamətində hücum zamanı onun komandanlığı altında Avdeyevka, Oçeretino, Selidovo, Ukraynsk və Kuraxovo alınıb.

"Xüsusi hərbi əməliyyat zonası"nda (Ukraynadakl müharibə-red.) tapşırıqların yerinə yetirilməsində şəxsi "töhfəsi"nə görə Andrey Mordviçev Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.

QAZİLER.AZ

Diaspora