Hakan Fidan bu axşam Rusiya nümayəndə heyəti ilə görüşəcək

Hakan Fidan bu axşam Rusiya nümayəndə heyəti ilə görüşəcək backend

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün axşam saatlarında Dolmabahçe sarayında görüşəcək.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin yazılı açıqlamasına görə, nazir Hakan Fidan Rusiya prezidenti Putinin müşaviri Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüşəcək.

Medinskinin başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin köməkçisi Aleksandr Fomin və ekspertlərin daxil olacağı gözlənilir.

Rusiya prezidenti Putin mayın 11-də İstanbulda 3 il əvvəl kəsilən birbaşa danışıqların mayın 15-də heç bir şərt olmadan yenidən başlaması təklifini gündəmə gətirib və prezident Rəcəb Tayyib Ərdoğandan onları qəbul etməyi xahiş edib.

Ukrayna administrasiyası buna müsbət cavab verib, beynəlxalq ictimaiyyət də İstanbul sülh danışıqlarının gündəmini alqışlayıb.

QAZİLER.AZ

Diaspora