“Moskva göz yaşlarına inanmır” filmində rol alan aktrisa Zemlyanikina avtomobil qəzasında dünyasını dəyişib.
Qaziler.az-ın məlumatına görə, Moskva Şəhər Pedaqoji Universitetinin mətbuat xidməti xəbər verir ki, “Moskva göz yaşlarına inanmır” filmində rol alan sovet teatr və kino aktrisası Yelena Zemlyanikina mayın 14-də səhər saatlarında 67 yaşında yol qəzasında dünyasını dəyişib.
Moskva Dövlət Pedaqoji Universitetinin Mədəniyyət və İncəsənət İnstitutunda aktyorluq fənləri müəllimi olub- xüsusən aktyorluq, səhnə nitqi və teatr tarixindən dərslər keçirdi.
"Ömrünü sənətə həsr etmiş istedadlı aktrisanın, görkəmli teatr xadiminin və gözəl insanın əziz xatirəsi yaddaşlarda qalacaq. Onun adı rus teatrının tarixində əbədi qalacaq, yaradıcılıq irsi onu tanıyanların və sevənlərin hamısının qəlbində yaşayacaq”, - məlumatda deyilir.
QAZİLER.AZ