Udmurtiyada kişi qadını öldürərək bədən hissələrini eyvanda gizlədib

Udmurtiyada kişi qadını öldürərək bədən hissələrini eyvanda gizlədib backend

Udmurtiyada hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı qətldə şübhəli bilinən kişinin eyvanında qadın cəsədinin parçasını aşkar ediblər.

Qaziler.az bildirir ki, bu barədə mayın 15-də Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

“Axtarış zamanı saxlanılan şəxsin eyvanında qadın cəsədinin parçası aşkar edilib”, – onun Telegram kanalında bildirib.

Həmin şəxsin bu ilin mart ayında dostunu boğduğu dəqiqləşib. Onun cəsədi iki aya yaxın cinayətkarın mənzilinin eyvanında qalıb. May ayında şübhəli şəxs onu parçalayıb və bəzi hissələrini zibil qutusuna atıb. Volkun sözlərinə görə, mərhumun parçaları sonradan Qlazov şəhərindəki tullantıların emalı zavodunun paylama mərkəzində tapılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları DNT testinin köməyi ilə ölənin şəxsiyyətini müəyyən ediblər. Onun Udmurtiyanın Balezino kəndinin 44 yaşlı sakini olduğu üzə çıxıb.

Hadisə ilə bağlı cinayət işi açdığı bildirilir. Şübhəli şəxs nəzarətə götürülüb.

QAZİLER.AZ

Diaspora