Türkiyənin Konya şəhərində güclü zəlzələ baş verib. Zəlzələ o qədər güclü olub ki, Ankara və yaxınlıqdakı şəhər və kəndlərdə də hiss olunub.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, zəlzələ 5,2 bal gücündə olub. Seysmoloji hadisənin yeraltı ocağı 18,7 kilometr dərinlikdə qeydə alınıb, episentri isə Konya şəhəri olub.
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) zəlzələ xəbərindən sonra qurumun ərazidəki heyətlərinin gücləndiirlmiş iş rejiminə keçdiyini və böldə işlərə başladığını bildirib.
Hələlik dağıntılar və zərərçəkənlər barədə hər hansı məlumat daxil olmayıb.