Ermənistanda Paşinyan hakimiyyətinin nə vaxt bitəcəyi proqnozlaşdırılıb

Ermənistanda Paşinyan hakimiyyətinin nə vaxt bitəcəyi proqnozlaşdırılıb backend

Moskva ilə İrəvan arasında münasibətlərdəki böhran 2026-cı ildə Ermənistanın baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra hakimiyyəti itirməsi ilə başa çatacaq.

Qaziler.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan “NEWS.ru”ya açıqlamasında bölüşüb. Onun sözlərinə görə, hökumət başçısının reytinqləri tarixin ən aşağı səviyyədədir.

“Müdafiə sektorunda Rusiya-Ermənistan əməkdaşlığı zəifləyir. İrəvanın Rusiya silahlarını almaqdan imtina etməsi əlamətlərdən biridir. Amma ümid edirəm ki, bu siyasət 2026-cı ilə qədər başa çatacaq. Paşinyanın reytinqləri tarixi minimum həddədir. Hamı başa düşür ki, onun hakimiyyəti bitib. Ona görə də biz Rusiya ilə münasibətlərin tezliklə bərpasına ümid edəcəyik və bunun üzərində işləyəcəyik”, - Tevanyan bildirib.

Onun fikrincə, Ermənistan aktiv şəkildə silahları Rusiyadan deyil, başqa ölkələrdən almağa başlayıb, çünki bu, Paşinyanın Moskva ilə əlaqələri kəsmək kimi düşünülmüş siyasətidir. İrəvanın xəttini Qərb dövlətləri, ilk növbədə ABŞ diktə edir.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora