Türkiyə xarici işlər naziri Hakan Fidan NATO-nun qeyri-rəsmi xarici işlər nazirləri toplantısından sonra sabah ABŞ dövlət katibi Marko Rubio və Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcəklərini açıqlayıb.
Qaziler.az xəbər verir ki, Hakan Fidan Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi TRT -Haber-ə açıqlama verib.
Hakan Fidan bu görüşün çox əhəmiyyətli olduğunu və Türkiyənin toplantıya ev sahibliyi etməsinin danışıqları daha da vacib etdiyini bildirib.
Türkiyəli nazir iyun ayında Hollandiyanın Haaqa şəhərində keçiriləcək NATO Liderlər Zirvəsi ilə bağlı hazırlıqların NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi toplantısında müzakirə ediləcəyini deyib.
QAZİLER.AZ