Hakan Fidan ukraynalı həmkarı ilə görüşüb

Hakan Fidan ukraynalı həmkarı ilə görüşüb backend

Türkiyə Xarici işlər naziri Hakan Fidan və Ukrayna xarici işlər naziri Andrii Sibiqa arasında Antalyada keçirilən görüşdə Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə edilməsi və davamlı sülhün bərqərar edilməsi səyləri qiymətləndirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Fidan NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı çərçivəsində Antalyada Ukrayna xarici işlər naziri Sibiqa ilə görüşüb.

Görüşdə Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması səyləri müzakirə edilib.

Nazir Fidan qeyd edib ki, Türkiyə Ukraynada sülhün əldə olunması üçün vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür dəstəyi verməyə hazırdır.

Görüşdə həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq müzakirə edilib.

QAZİLER.AZ

Diaspora