Belarus sərhədçiləri Latviya ilə sərhəddə qaçqının cəsədi aşkar ediblər.
Qaziler.az bildirir ki, bu barədə mayın 14-də Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Verxnedvinski rayonunda Belarus sərhədçiləri əcnəbinin cəsədini aşkar ediblər. O, Latviya ilə sərhəddə olub. Hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib", - Telegram kanalı bildirib.
Kişinin bədənində sıyrıqlar, cızıqlar və qançırlar aşkar edildiyi bildirilir. Bundan əlavə, tapılan sənədlərə əsasən, həmin şəxsin Əfqanıstan vətəndaşı olduğu ehtimal edilir.
Hazırda hadisənin başvermə şəraiti müəyyən edilir.
QAZİLER.AZ