Rusiya Silahlı Qüvvələri (RF Silahlı Qüvvələri) Ukraynanın Donetsk vilayətinin) Mixaylovka kəndinə nəzarəti ələ keçiriib.
Qaziler.az bildirir ki, bu barədə mayın 14-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Rusiya ordusu Krasnoarmeysk, Novoaleksandrovka, Ulyanovka, Novaya Poltavka, Mirolyubovka, Dimitrov, Petrovskoye və Novosergeevka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini "darmadağın edib".
“Düşmən 525-dən çox hərbçi, 11 pikap və 2 artilleriya qurğusu itirib”, - deyə idarənin məlumatında deyilir.
Məlumatda o da bildirilir ki, Rusiya Silahlı Qüvvələri operativ-taktiki aviasiya, hücum dronları, raket qoşunları və artilleriya vasitələrinin köməyi ilə 141-ci dairədə hərbi aerodrom infrastruktur obyektlərinə, pilotsuz katerlərin saxlandığı yerlərə, silah-sursat anbarlarına, Ukrayna ordusunun bölmələrinin və xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrinə zərbələr endirib.
QAZİLER.AZ