İranın bəzi şəhərlərində qum fırtınalarının yaratdığı havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb.
Qaziler.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, bəzi şəhərlərdə böhran idarəetmə mərkəzləri və fövqəladə hallar komitələri qum fırtınası səbəbindən məktəbləri bağlamaq qərarına gəliblər.
Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Qərbi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərində, Şərqi Azərbaycan vilayətində məktəblər, eləcə də Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları, banklar bağlanıb.
Meteorologiyanın verdiyi açıqlamaya görə, qum fırtınasının bu gün Əlborz əyaləti və paytaxt Tehrana çatacağı gözlənilir.
QAZİLER.AZ