Silivri sahillərində 3,8 bal gücündə zəlzələ baş verib

Silivri sahillərində 3,8 bal gücündə zəlzələ baş verib backend

İstanbulun Silivri sahillərində 3,8 bal gücündə zəlzələ baş verib.

Qaziler.az bildirir ki, bu barədə AFAD-ın məlumatında deyilir.

AFAD İstanbulun Silivri səmti sahillərində bu gün yerli vaxtla saat 20.46-da Mərmərə dənizində baş verən zəlzələ ilə bağlı məlumatları paylaşıb.

Zəlzələnin maqnitudası 3,8 (Mw) olub.

AFAD-ın məlumatına görə, zəlzələnin episentri Silivridən təxminən 25 kilometr aralıdadır. Zəlzələnin 10,86 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ xüsusilə İstanbulun qərb bölgələrində  hiss olunub.

QAZİLER.AZ

 

Diaspora