Astanada anbarda çıxan yanğın lokallaşdırılıb - VİDEO

Astanada anbarda çıxan yanğın lokallaşdırılıb - VİDEO backend

Bu gün Astananın Baykonur rayonunda anqar tipli anbarda yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyinin müxbiri xəbər verir.

Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. Yanğınsöndürənlərin çevik tədbirləri nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.

Qazaxıstan Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, itki yoxdur.

İdarədən bildirilib ki, yanğın yerində əməliyyat qərargahı yaradılıb, üç döyüş sahəsi fəaliyyət göstərir. Yanğının söndürülməsi üçün 6 su şırnağından istifadə edilib. Yanğın yeri yanğınsöndürənlər tərəfindən mühasirəyə alınıb. Həmçinin hadisə yerində Fövqəladə Hallar Departamentinin 82 canlı qüvvəsi və 21 texnikası olub.

QAZİLER.AZ

 

 

Diaspora