Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram

Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram backend

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün hər şeyi etməyə hazır olduğunu deyib.

Apa-nın xəbərinə görə, Zelenski Putinlə mayın 15-də Ankarada və ya İstanbulda görüşməyə hazır olduğunu deyib.

Zelenski bildirib ki, Putin nə müharibənin bitməsini, nə atəşkəsin, nə də danışıqların aparılmasını istəyir.

Ukrayna Prezidenti deyib ki, o, Ərdoğanla Ankara görüşünü razılaşdırıb, lakin Putin Türkiyənin paytaxtına getməkdən imtina edib İstanbulu seçərsə, Zelenski və Ərdoğan ora getməyə hazırdır.

“Mən cümə axşamı Ankarada Ərdoğanla görüşəcəyəm və Putin orada olsa, İstanbula uçacağam”, - o qeyd edib.

"Biz Putinlə bu görüşün baş tutması üçün hər şeyi edəcəyik. Yalnız o, atəşkəslə bağlı qərar verə bilər", - Zelenski vurğulayıb.

Ukrayna lideri həmçinin Trampa danışıqlara qoşulmağı təklif etdiyini bildirib.

Zelenski İstanbul danışıqlarının baş tutmayacağı təqdirdə, ABŞ və Aİ-nin Rusiyaya qarşı güclü sanksiya paketlərini gözlədiyini əlavə edib.

Diaspora