Rusiya prezidenti Vladimir Putin yeni anti-Rusiya sanksiyalarının tətbiqindən qorxmamağa, Rusiyaya qarşı istənilən hərəkətə hazır olmağa çağırıb.
Qaziler.az bu barədə TASS-a istinadən xəbər verir.
"Qorxmağa ehtiyac yoxdur. Kim qorxmağa başlasa, dərhal hər şeyini itirəcək. Biz isə gələcək mümkün bədxahların istənilən hərəkətinə hazır olmalıyıq", - o, "Delovaya Rossiya" rəhbərliyi ilə görüşdə deyib.
“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Avropa liderləri ABŞ-yə Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək üçün təzyiq etməzdən əvvəl Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların nəticələrini gözləyəcəklər.
QAZİLER.AZ