Rusiya tam və davamlı atəşkəs təklifinə tamamilə məhəl qoymadı. Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa vurğulayıb ki, Kreml sülh istəmədiyini bir daha nümayiş etdirir.
Qaziler.az bildirir ki, bu barədə Sibiqa X sosial şəbəkəsində yazır.
Sibiqa Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Fransa xarici işlər nazirləri və Aİ nümayəndələri ilə onlayn görüşdə iştirak edib.
Onun sözlərinə görə, danışıqların əsas mövzuları ABŞ-la sülh və qarşılıqlı fəaliyyətin əldə edilməsi üzrə birgə strategiya olub.
Görüşdən əvvəl nazir Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskidən cəbhədən məlumat alıb.
O bildirib ki, Rusiya mayın 12-dən etibarən tam və uzunmüddətli atəşkəs təklifinə tamamilə məhəl qoymayıb və bütün cəbhə xətti boyunca hücumları davam etdirir.
"Moskva qətllərə son qoymaq üçün daha bir fürsəti itirir. Bu, bir daha göstərir ki, Rusiyanın yeganə məqsədi müharibəni uzatmaqdır", - o qeyd edib.
Sibiqa həmçinin xatırladıb ki, prezident Vladimir Zelenski mayın 15-də Putinə şəxsi görüş təklif edib, lakin Kremldən hələlik heç bir cavab gəlməyib.
QAZİLER.AZ