Rusiya prezidenti Vladimir Putinin üç günlük “atəşkəs” vədlərinə baxmayaraq, rusiyalılar Kupyansk istiqamətində hücumlarını davam etdiriblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “Xarkov” operativ-taktiki qrupuna istinadən xəbər verir.
Hərbçilərin məlumatına görə, mayın 10-da işğalçılar Kupyansk istiqamətində 15-ci NGU "Kara-Dağ" briqadasının məsuliyyət daşıdığı əraziyə hücuma cəhd ediblər.
"Ukraynalı qvardiyaçıların mövqelərinə daha tez çatmaq üçün düşmən piyadaları motosikletlərdən istifadə ediblər. Bununla belə, Ukrayna əsgərləri hücumu dəf etməyə hazır olub. Bütün mövcud atəş gücündən istifadə edərək, hücum edən işğalçıları məhv etməyə başlayıblar".
"Nəticədə Rusiyanın hücumu dəf edilib və on "cəhənnəm atlısı" təyinat yerinə - yəni cəhənnəmə yollanıb. Düşmənin 9 motosikleti də məhv edilib", - məlumatda deyilir.
QAZİLER.AZ