İstanbulda tikinti sahəsində torpaq sürüşməsi baş verib - FOTO

İstanbulda tikinti sahəsində torpaq sürüşməsi baş verib - FOTO backend

İstanbulun Çekmeköy rayonunda tikinti sahəsində çökmə baş verib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Reşadiye məhəlləsində naməlum səbəbdən tikinti sahəsində çökmə baş verib.

Dağıntılar altında qalan 2 işçini xilas etmək üçün hadisə yerinə xilasedicilər, AFAD və sağlamlıq qrupları cəlb edilib.

Xilasedicilərin işi nəticəsində işçilərdən biri yaralı halda xilas edilib və sağlamlıq qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Dağıntılar altında qalan daha bir işçinin xilas edilməsi üçün işlər davam edir.

QAZİLER.AZ

 

Diaspora