126 işçi toyuq yedikdən sonra xəstəxanaya yerləşdirilib

126 işçi toyuq yedikdən sonra xəstəxanaya yerləşdirilib backend

Samsunun Tekkeköy rayonunda müxtəlif fabriklərdə çalışan 126 işçi naharda toyuq əti yedikdən sonra özlərini pis hiss ediblər.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Rayonda fəaliyyət göstərən 7 fərqli fabriki qida ilə təmin edən şirkətin naharda verdiyi toyuq ətini yeyən ümumilikdə 126 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə müxtəlif xəstəxanalara müraciət edib.

İşçilərin həyatlarının təhlükədə olmadığı deyilib. Amma xəstəxanalara müraciət edənlərin sayında artım ola biləcəyi vurğulanıb.

QAZİLER.AZ

 

Diaspora