Ad günü tortu yeyən 12 şagirdin vəziyyəti pisləşib

Ad günü tortu yeyən 12 şagirdin vəziyyəti pisləşib backend

Türkiyənin Yozgat vilayətinin Yerköy rayonunda 12 şagird ad günü şənliyində verilən ad günü tortunu yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb. Tortun istehsal edən müəssisə ilə bağlı araşdırmalara başlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İbn-i Sina Peşə və Texniki Anadolu Liseyində sinifə gətirdikləri ad günü tortu yeyən bəzi şagirdlər bir müddət sonra onlarda ürək bulanması, qarın ağrısı və qusma olub.

Vəziyyət məktəb rəhbərliyinə bildirildikdən sonra 112 Təcili Zəng Mərkəzinə məlumat verilib.

Təcili yardımla Yerköy Dövlət Xəstəxanasına aparılan 12 şagirdin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

QAZİLER.AZ

Diaspora