Qarsda güclü külək damları uçurub

Qarsda güclü külək damları uçurub backend

Qarsda güclü külək nəticəsində 2 iş yerinin dam örtüyü uçub, park edilmiş 1 avtomobilə ziyan dəyib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, güclü külək şəhər həyatına mənfi təsir göstərib.

Şiddətli külək nəticəsində Kiçik Sənaye Sahəsində 2 iş yerindən qopan dam parçaları park halındakı avtomobilin üzərinə düşüb.

Havada uçuşan dam parçaları bir müddət nəqliyyatın hərəkətinə mane olub. Sənaye sahəsindəki bəzi reklam lövhələri də zədələnib.

QAZİLER.AZ

Diaspora