Sofievskaya Borşaqovka kəndində atışma baş verib. Polis hadisəni törədən şəxsi saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.
“Polis atəş açan şəxsi saxlayıb, rəsmi məlumat gözləyirik”, - mənbə nəşrə bildirib.
O, əlavə təfərrüatları açıqlamayıb.
Yada salaq ki, bu gün, mayın 8-də Kiyev yaxınlığındakı Sofievskaya Borşaqovkada naməlum şəxs atəş açıb. Hadisə ölümlə nəticələnib.
Milli Polisin mətbuat katibi Yuliya Qirdvilisin RBC-Ukraynaya şərhində qeyd etdiyi kimi, saat 15:20 radələrində polisə atışma barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanları atəş açan şəxsin tutulması üçün xüsusi əməliyyata başladıqlarını qeyd ediblər.
Polis hadisənin təfərrüatlarını və qurbanların sayını açıqlamayıb.
QAZİLER.AZ