Putin MDB ölkələri, Gürcüstan və Moldovanın liderlərini təbrik edib

Putin MDB ölkələri, Gürcüstan və Moldovanın liderlərini təbrik edib backend

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə MDB ölkələrinin, eləcə də Gürcüstan və Moldovanın liderlərinə təbrik məktubu göndərib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda Kremlin mətbuat məlumat yayıb. Rusiya lideri əlavə edib ki, tarixi qorumaq dövlətlərin borcudur.

Qaliblər nəslinin əhdlərini diqqətlə qorumaq bizim müqəddəs borcumuzdur. Buna görə də ümumi tariximizi təhrif etmək cəhdlərini barışmaz şəkildə yatırmaq, nasistlərin və onların əlaltılarının törətdikləri vəhşilikləri ağartmaq çox vacibdir”, - Putin yazıb.

Rusiya lideri Gürcüstan və Moldova xalqlarına müraciətində dostluq və qarşılıqlı yardım ənənələrini qoruyub saxlamağa çağırıb. O vurğulayıb ki, “ümumi tarixi irsi” unutdurmaq, dost xalqlar arasında nifaq salmaq mümkün deyil.

QAZİLER.AZ

Diaspora