Ermənistan Qərblə münasibətlərini Rusiyanın hesabına qurmur və balanslaşdırılmış xarici siyasət yürüdür.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvan Moskva ilə münasibətləri dərinləşdirmək niyyətindədir.
"Bu siyasətə bir istiqamətdə münasibətlərimizin digər münasibətlər hesabına qurulması anlayışı qətiyyən daxil deyil. Bundan əlavə, bu siyasətin məntiqi bizim Rusiyaya səfərlər etməyəcəyimiz və ya Rusiya ilə münasibətləri dərinləşdirməyəcəyimiz və inkişaf etdirməyəcəyimiz anlayışını əks etdirmir. Mənim üçün belə şərhlər anlaşılmazdır", - o qeyd edib.