Ötən gecə Qurcaanidə iş adamı Nikoloz Getiaşvili güllələnib və o, yaralanıb.
Qaziler.az "Qruziya-onlayn"a istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakt təsdiqini tapsa da, təfərrüatlar hələlik açıqlanmayıb.
İlkin məlumata görə, naməlum şəxs ona avtomat silahdan atəş açıb.
Getiaşvili Qurcaanidəki Geohospital klinikasına aparılıb. Müəssisənin direktoru Giorgi Şatirişvilinin sözlərinə görə, zərərçəkmiş qarnının aşağı hissəsindən və sağ ayağından güllə yarası ilə xəstəxanaya daxil olub. Yaralıya cərrahi müdaxilə olunub və hazırda vəziyyəti stabildir.
Nikoloz Getiaşvili bir neçə iri ticarət obyektinin sahibi, Qurcaani merinin keçmiş müavini və 30 hektarda müxtəlif növ meyvələrin yetişdirildiyi “Şabro” kənd təsərrüfatı müəssisəsinin təsisçisidir.
QAZİLER.AZ