Zaxarova Zelenskini veteranları ələ salmaqda ittiham edib - VİDEO

Zaxarova Zelenskini veteranları ələ salmaqda ittiham edib - VİDEO backend

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək niyyətində olan veteranları ələ salır.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu mayın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Böyük Vətən Müharibəsi illərində qəhrəmanlıq yolu keçmiş öz babası, iki “Qırmızı Ulduz” ordeninə sahib Semyon İvanoviç Zelenskinin xatirəsini ləkələyən Kiyev rejiminin başçısı indi Qələbənin 80-ci ildönümünə qədər yaşamış və 9 may bayramında iştirak etmək əzmində olan veteranları ələ salır”, - Zaxarova deyib.

O qeyd edib ki,"Kiyev rejiminin rəhbəri Moskvada Qələbə Paradının iştirakçılarını və paytaxt qonaqlarını hədələyib, sonra isə sözlərinin nəticəsini anlayaraq, mümkün təxribatlara görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışıb".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, "Kiyev mütəmadi olaraq partlayışlar, mülki infrastrukturun atəşə tutulması və qəsdən qətllərə görə məsuliyyəti öz üzərinə götürür".

QAZİLER.AZ

 

 

Diaspora