"Reuters" Ukraynaya yeni "Patriot" tədarüklərinin təfərrüatlarını açıqlayıb

"Reuters" Ukraynaya yeni "Patriot" tədarüklərinin təfərrüatlarını açıqlayıb backend

Bu yay Patriot sistemlərinin Ukraynaya çatdırılmasının təfərrüatları açıqlanıb. Hazırda Qərb müttəfiqləri sazişin şərtlərini müzakirə edirlər.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.

Agentliyin mənbəsinin sözlərinə görə, ABŞ və Yunanıstan potensial tədarükçülər hesab edilir.

Ölkələr iyunun sonunda baş tutacaq NATO sammitinə qədər razılığa gəlməyə çalışırlar.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bəyan etmişdi ki, Kiyev Rusiya raketlərinə qarşı müdafiə üçün vacib olan 10 Amerika sistemi, o cümlədən ballistik sistemlər almağa hazırdır.

QAZİLER.AZ

Diaspora